ABŞ prezidenti Donald Tramp, Mərkəzi Amerikadan ABŞ-a doğru yola çıxan miqrantları yenə hədələyib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu ABŞ-ın işğalı adlandırıb.
"Bizim cənub sərhədlərimizə doğru gələn karvanda çox sayda cinayətkar şəbəkə üzvü də qoşulur. Lütfən geri qayıdın. Qanuni proseslərdən keçmədən ABŞ-a qəbul edilməyəcəksiz. Bu, ölkəmizi işğal etməkdir və ordumuz sizi (sərhəddə) gözləyir" - ABŞ prezidenti Twitter hesabında yazıb.
Amerikanın “Wall Street Journal” (WSJ) qəzeti isə, ABŞ-ın Meksika ilə sərhəddə 5 min əsgər göndərməyi planlaşdırdığını yazıb: "ABŞ ordusu, Meksikadan şimala doğru irəliləyən qaçqın karvanına qarşı ABŞ-ın cənub-qərb sərhədinə 5 min əsgər göndərməyi planlaşdırır".