Bu gün Almaniya, Fransa və Rusiya liderləri Türkiyədə Suriya mövzusunda dördlü zirvə toplantısı keçirəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə təşkil edilən sammitdə əsas gündəm maddələri “İdlibdə atəşkəsin möhkəmləndirilməsi” və “Suriya böhranına siyasi həll üçün birgə səylər”dir.
Zirvə toplantısında Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putinlə yanaşı Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura da iştirak edəcək.
Sammit Astana Platforması ilə BMT-nin Cenevrədə təşkil etdiyi "Kiçik Suriya qrupu” nümayəndələrini də ilk dəfə bir araya gətirəcək.
Toplantının sonunda dörd ölkə lideri birgə bəyanat qəbul edəcək.