Almanya Kansleri Angela Merkel öldürülən jurnalist Cemal Kaşıkçı ile bağlı olaya aydınlıq gətirmək üçün Səudiyyə kralı Salman bin Əbdüləzizə zəng edib.
Baki-xeber.com-un xəbərinə görə, telefon danışığında alman hökumətinin Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyində qətlə yetirilməsini sərt şəkildə qınadığı bildirilib. Xəbərə görə, Merkel Səudiyyə hökumətindən olayın təcili şəkildə şəffaf və inandırıcı formada aydınlaşdırılmasını və məsuliyyətlə bağlı hesab verilməsini istəyib. Eyni zamanda o, Almaniyanın beynəlxalq müttəfiqləri ilə birlikdə Səudiyyə dövlətinə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğu ifadə edilib.
Telefon danışığında Merkel həm də Səudiyyə Ərəbistanını Yəmənə humanitar yardımların çatdırılması yönündə fəaliyyətini aktivləşdirməyə çağırıb.