Kreml ABŞ-ı Rusiyanın Suriyadakı hərbi hava bazası Hmeymimə hücum etməkdə günahlandırıb. Baki-xeber.com xəbər verir ki, bu barəd məlumat Rusiya Müdafiə Nazirliyinin hesabatında yer alıb.
Qeyd edilir ki, bu ilin yanvar ayında bir ABŞ casus təyyarəsi Rusiyanın Suriyadakı hava bazasına dron hücumunu koordinasiya edib.
Kremlin bununla bağlı açıqlamasıda Vladimir Putinin Donald Trampla bu məsələ haqqında danışacağı deyilir.
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin də Hmeymim bazasına pilotsuz silahlı uçuş aparatları ilə hücuma görə ABŞ-ı ittiham edib. O, deyib ki, 13 pilotsuz silahlı uçuş aparat ilə eyni vaxtda bazaya hücum təşkil edilib. ABŞ kəşfiyyat təyyarəsi “Poseidon-8” isə 8 saat boyunca Aralıq dənizi üzərində uçaraq hücumu koordinasiya edib. Rusiyanın havadan müdafiə sistemi tərəfindən bütün silahlı pilotsuz uçuş aparatlarının məhv edildiyini deyən Fomin, hücumların hansı tarixdə baş verdiyini açıqlamayıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada təkcə avqust ayında Hmeymimə hücum edən 47 silahlı pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi iddia etmişdi.