Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan çıxacağı ilə bağlı qərarına münasibət bildirib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Putin bu qərarın çox təhlükəli olduğunu deyib.
Rusiya prezidenti xəbərdarlıq edir ki, ABŞ prezidenti Donald Trampın raket sazişinin çıxması ilə bağlı hədələrinin reallaşdırılması yeni silah yarışına səbəb olacaq.
Putin deyib ki, ABŞ raket sazişindən çıxacağı halda, Avropanın hansı addımları atacağı sualı ortaya çıxacaq. Putin bildirib ki, Birləşmiş Ştatların Avropada orta mənzilli raketlərin yerləşdirilməsinə Rusiyanın cavabı olacaq: “Əsas sual budur - Avropa yeni ortaya çıxacaq raketlərlə nə edəcək? Əgər yeni raketlər Avropaya təhvil verilərsə, təbii olaraq biz də buna cavab vermək məcburiyyətində qalacağıq. Bunu qəbul edən Avropa ölkələri isə öz torpaqlarını əks-hücum risqi altına aldıqlarını anlamaq məcburiyyətində qalacaqlar”.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Trampın çıxmaq istədiyi razılaşmanı pozmaqda ittiham edib. Baş katib Avropada yeni nüvə silahlarının gücləndirilməsini proqnozlaşdırmadığını əlavə edib.
Raketlərin ixtisarı ilə bağlı saziş keçmiş Sovet lideri Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanıb. Bu saziş hər iki ölkəyə 5,000 kilometrlik radius gücündə olan raketlərin hazırlanması, sınaqdan keçirilməsi və toplanılmasını qadağa edir.
Tramp Rusiyanı sazişi pozmaqda və NATO-ya hədə olan yerüstü tipli qanadlı raketləri yerləşdirməkdə ittiham edib. Rusiya isə öz növbəsində raket ixtisarı sazişini pozmadığını və ABŞ-ın səbəbsiz şəkildə Avropada raket müdafiəsi sisteminin quraşdırdığını bildirir.