Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampdan jurnalist Camal Kaşıqçının İstanbuldakı Səudiyyə konsulluğunda qətlinin araşdırılması üçün bir ay vaxt istəyib.
Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən ABŞ prezidenti şahzadə Salmanla telefonla danışdığını deyib.
Səudiyyənin açıqlamalarının onu qane etmədiyini deyən Tramp bildirib ki, şahzadə işi araşdırmaq üçün bir aya vaxt istəyib: "Bu çox uzun müddətdir, buna ehtiyac yoxdur”.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Kaşıkçının öldürülməsi ilə əlaqədar açıqlamalarının etibarlı olduğunu deyən Tramp, bu dəfə onların dediklərinin onu qane etmədiyini bildirib.