Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) ABŞ və Avropa İttifaqı rəhbərliyini Səudiyyə Ərəbistanına qarı Camal Xaşkacinin ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilməsinə görə sanksiya tətbiq etməyə çağırıb.
“Trend”-in məlumatına görə, bu barədə Belçikanın paytaxtı Brüssüldə yerləşən BJF-nın bəyanatında deyilir: " Aİ və ABŞ Rusiya və Venesuelanı dövlət tərəfindən təşkil olunmuş qətllərdə ittiham edərək sanksiyalar tətbiq etdiyi halda, niyə Səudiyyə Ərəbistanına qarşı heç bir addım atılmır? Bütün dünya üzrə insan haqları müdafiəçiləri çıxış edir, bir çox şirkət və təşkilatlar artıq sanksiyalar tətbiq ediblər və ya Səudiyyə Ərəbistanında keçirilən tədbirləri boykot ediblər. İndi isə hökümətlər hərəkət etməlidir, onların qatilləri və cinayətin sifarişçilərini tapıb məsuliyyətə cəlb etmək üçün iqtisadi təzyiq rıçaqları, diplomatik və beynəlxalq instrumentari var".
Bəyanatda qeyd edilir ki, Ər-Riyad bu işdə həqiqəti gizlətmək üçün yalan toru toxuyur: "Səudiyyə Ərəbistanı rejiminin öz baş konsulluğunda baş verənləri müəyyən etməsi üçün çox sayda günə ehtiyacı olması fikri belə gülünc və əsassızdır".