Rusiya prezidenti Vladimir Putin terror təşkilatı İŞİD-in Suriyada Fərat çayının cənubunda ABŞ və Avropa vətəndaşlarını əsir aldığını açıqlayıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Putin bunu Moskvada Beynəlxalq Düşüncə Klubunda çıxışı zamanı deyib.
ABŞ və Avropa ölkələrini Suriyada nəzarət etdiyi bölgələrdə İŞİD-in yenidən gücləndiyini deyən Putin ABŞ-ın Fəratın cənubundakı bölgələrdə üzərinə düşən vəzifələri tam yerinə yetirmədiyini bildirib. Rusiya prezidentinin sözlərinə görə, bunun nəticəsində də terror təşkilatı bölgədəki mövcudluğunun artırıb.
"Fərat çayının cənubunda ABŞ-ın nəzarətindəki bölgədə nə olduğunu heç kim bilmir. Bu bölgə amerikalıların nəzarətindədir və onlar da burada kürdlərə güvənirlər. Ancaq burada üzərlərinə düşən vəzifələri tam yerinə yetirmirlər. Orada hələ İŞİD terrorçuları var və son vaxtlar bölgədə yenidən gücləndiyi müşahidə edilir.
Bundan başqa, terrorçular 130 ailəni, yəni təxminən 700 nəfəri əsir alıb. Bizdə olan məlumata görə, əsirlərin arasında amerikalı və avropalılar da var” - deyə Putin bildirib.
Terrorçuların, bəzi tələblər irəli sürdüyünü və bunlar yerinə yetirilməyəcəyi halda hər gün 10 əsiri öldürəcəyilə təhdid etdiyini deyən Putin, iki əvvəl əsirlərdən 10 nəfərin öldürüldüyünü bildirib.
Rusiya lideri Qərbin baş verənləri səssizcə izləməsini də sərt tənqid edib: “Hamı susur, sanki heç nə olmayıb. Buna görə bölgədə daha çox iş görməyə ehtiyac olacaq. Biz Suriyada üzərimizə düşəni yerinə yetirdik”.