ABŞ prezidenti Donald Tramp itkin düşən səudiyyəli jurnalist Camal Kaşıkçının artıq ölmüş ola biləcəyini bəyan edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp Kaşıkçının öldürülməsinin nəticələrinin çox ağır olacağını deyib
Belə görünür ki, Camal Kaşıkçı artıq öldürülüb. Bu çox üzücü hadisədir. Araşdırmaların nəticəsini gözləyirəm. düşünürəm ki Kaşıkçı artıq ölüb. Bunun nəticələri çox ağır olacaq” deyə ABŞ prezidenti bildirib.
Tramp, Kaşıkçının itkin düşməsi və ölümündə rəsmi Riyadın əli olduğu ortaya çıxacağı halda bunun nəticələrinin çox ağır olacağını deyib.
Qeyd edək ki, bundan əvvəl də Tramp C.Kaşıkçı ilə bağlı Səudiyyə Ərəbistanını sanksiyalarla hədələmişdi.