Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyana Ermənistanı tərk etmək qadağan olunub. Baki-xeber.com Sputnik-ə istinadən xəbər verir ki, onun adının biznesmen Samvel Mayrapetyanın işində hallandığını yazıb.
"Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan hüquq mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Biznesmen Samvel Mayrapetyanın saxlanılmasından sonra Oskanyan Ermənistanı tərk etməyə çalışıb, lakin ona bunu etmək qadağan olunub" - deyə qəzet yazır.
Qəzet yazır ki, 2008-ci ildə sahibkar Silva Ambartsumyan Samvel Mayrapetyana böyük məbləğdə pul verib. "Bizim mənbəmiz bildirib ki, Silva Ambartsumyan tərəfindən verilən məbləğin bir hissəsinə İrəvanda binalar tikilib, pulların digər hissəsi Oskanyanın dəvəti ilə Ermənistana gələn ərəblərə verilib. Oskanyanın payı isə ona İrəvanın mərkəzində olan yeni tikililərdəki mənzillərlə ödənilib.
Mayrapetyan oktyabrın 7-si saxlanılıb. O, Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Ermənistan prezidenti Robert Koçaryanın adamı hesab olunur.
Mayrapetyan "H2" telekanalının sahibi, həmçinin "Toyota" İrəvan distribütor mərkəzinin sahibidir, həmçinin Ermənistan paytaxtının mərkəzində elit müklərin tikintisi ilə məşğuldur.