Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd Uteybi iki gün əvvəl Türkiyəni tərk etdikdən sonra istefaya göndərilib. Baki-xeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu hadisə oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Kaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasında yoxa çıxmasından sonraya təsadüf edir. Üstəlik konsul Türkiyəni tərk etdikdən sonra dünən türk polisi onun İstanbulda yaşadığı evdə Kaşıqçı olayı ilə bağlı axtarışlara başlayıb.
“Reuters” xəbər verir ki, Türkiyədən ölkəsinə qayıdan baş konsul dərhal işdən azad olunub.
Onun eyni zamanda istintaqa cəlb olunacağı da bildirilir.