Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünya siyasi səhnəsindən getməlidir. Baki-xeber.com xəbər verir ki, bu sözləri amerikalı Respublikaçı senator Lindsey Qraham deyib.
“Washington Post” qəzetinin yazarı Camal Kaşikçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə əlaqədar “Fox” televiziyasına açıqlamalar verən amerikalı senator Qraham şahzadə Salman haqqında sərt ifadələr işlədib.
Şahzadə Salman vəzifəsində qaldığı müddətcə bu ölkə ilə iş görməyəcəyini deyən senator ABŞ prezidenti Donald Trampın bununla bağlı hansı addımları ata biləcəyi sualına bu sözlərlə cavab verib: "Bu tamamilə prezidentə aid bir məsələdir. Amma mən nə edəcəyimi bilirəm. Səudiyyə Ərəbistanına ən sərt sanksiyaları tətbiq edəcəyik. Bilirsiniz hər zaman pis insanlarla razılaşma əldə edirik. Mən öz adımdan bundan utanıram. Bu, bizi alçaltmaqdan başqa bir şey deyil".
Senator L.Qraham Salmanın dünya siyasi səhnəsindən getməli olduğunu deyib: "Bu adam (şahzadə Salman) dağıdıcı bir güllədir. Adamlarına Türkiyədəki konsulluqda cinayət törətdirdi və məndən də bunu görməməzlikdən gəlməyimi gözləyir, özümü aldadılmış, alçaldılmış hiss edirəm…
Məhəmməd bin Salman əsla dünya siyasi səhnəsində bir lider olmamalıdır. Bu adam getməlidir, Səudiyyə Ərəbistanı məni dinləyirsə, seçə biləcəyiniz bir çox yaxşı insan var, amma Salman həm ölkənizi, həm də özünü ləkələyir".
Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Kaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.