Ermənistan baş naziri Nikol Paşinyan bu axşam ölkədə “məxməri inqilab”ın başa çatdığını elan edəcək və tutduğu postdan istefa verəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı xəbər yayıb. Xəbərdə deyilir ki, baş nazir bu barədə hökumətin növbədənkənar iclasında bəyan edib. Baş nazir deyib ki, bu gün özəl bir gündür və Ermənistan yeni tarixi dönəmə girir. “Bu səbəbdən biz bu ilin yazında başlatdığımız qeyri-zorakı “məxməri inqilab”ın başa çatdığını elan etməliyik. Bu barədə daha konkret bəyanatla bu axşam çıxış edəcəyəm”- o deyib.
Xatırladaq ki, “Fransa24” telekanalına açıqlamasında erməni başnazir oktyabrın 15-də istefa verəcəyini bildirmişdi. Növbədənkənar parlament seçkilərinin isə dekabrın 10-da keçiriləcəyini bildirmişdi.