Türkiyə polisi səudiyyəli jurnalist Kaşıkçının öldürüldüyünü təsdiqləyən səs yazısı əldə edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Jerusalem Post” nəşri xəbər verib. Xəbərdə deyilir ki, bu barədə məlumatı Türkiyə polisinin adının çəkilməsini istəməyən məmuru verib. Bildirib ki, jurnalist Cemal Kaşıkçının İstanbulda öldürüldüyünü təsdiqləyən səs yazısı Türkiyə hökumətinə təqdim olunub.
Türkiyəli polis məmuru artıq ölüm faktını sübut edən səs yazısının, ABŞ və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün tərəflərə təqdim olunduğunu da deyib.
Xatırladaq ki, müxalif fikirli səudiyyəli jurnalist Cəmal Kaşıkçının ölkəsinin İstanbuldakı səfirliyinə hansısa sənədi almaqdan ötrü gəldiyi və oradan yox olduğu barədə xəbərlərin yayılmasının ardından jurnalistin orada öldürülüb, hissələrə ayrılaraq səfirlik binasından çıxarıldığı xəbəri yayıldı.
Lakin Səudiyyə Ərəbistanı jurnalistin səfirlikdə qətlə yetirilməsi versiyasını qətiyyətlə rədd edir.