Səudiyyə Ərəbistanı bu ölkənin İstanbuldakı konsulluğunda yoxa çıxan “Washington Post” qəzetinin yazarı Camal Kaşikşının ölümünü etiraf edən açıqlama yaymağa hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, bu barədə CNN telekanalı iki mənbəyə istinadən məlumat yayıb.
Iddialara görə, Səudiyyə Ərəbistanı jurnalistin dindirilən zaman təsadüfən öldüyünü etiraf edən açıqlama hazırlayır.
Bildirlir ki, açıqlama ilə bağlı hazırlıq gedir və mətn dəyişə də bilər. Mənbələrin sözlərinə görə, hazırlanan açıqlamada deyilir ki, Kaşıkçının dindirilməsi gizli bir əməliyyat olub və bəzi şəxslər də bu hadisəyə görə istintaqa cəlb ediləcək.
Onu da qeyd edək ki, Səudiyyə və Türkiyənin birgə istintaq qrupu konsulluqda araşdırmalara başlayıb.