Rusiyada dünya səviyyəsində məşhur S-300 və S-400 raketdən müdafiə sistemlərinin yeganə istehsalçısı olan “Avangard” şirkətilə bağlı istintaq başlayıb.
Baki-xeber.com Rusiya mediasına istinadən xəbər verir ki, istintaq Moskvadakı strateji müdafiə müəssisəsində 100 milyon rublluq korrupsiya iddialarını araşdırır.
İstintaqın Rusiyanın Hindistana 5,43 milyard dollarlıq S-400 raketi satışıyla əlaqədar razılaşma əldə etdiyi bir vaxta gündəmə gəlməsinə diqqət çəkən “İzvestiya” qəzeti, korrupsiya iddialarının müəssisənin əvvəlki - 2003-2013-cü illərdəki rəhbərliyilə bağlı olduğunu yazır.
O da bildirilir ki, araşdırmalar bütün hallarda istehsal və çatdırılmaya təsir etməyəcək.
ABŞ başda olmaqla Qərb ölkələrini ciddi narahat edən S-400 raketlərinin Çin, Türkiyə və Hindistana satışı ilə bağlı razılıq əldə olunb.