“Amerika Birlәşmiş Ştatları Suriyadakı müttәfiqlәri vasitәsilә Fәrat çayının şәrq sahillәrindә qondarma dövlәt qurmağa çalışır”. Bu sözlәri Rusiyanın xarici işlәr naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, ABŞ Suriyada kürd kartı ilə təhlükəli oyunlar oynamağa başlayıb.
ABŞ-ın müttәfiq kimi gördüyü kürdlərdən istifadə etdiyini söyləyən Lavrov, ABŞ-ın onlardan istifadə edərək bölgədə qondarma dövlət qurmağa çalışdığını deyib.
O, ABŞ-ın Fәrat çayının şәrq sahillәrilə bağlı planlarının olduğunu deyib: “Burada böyük bir dövlətin prototipini yaratmağa çalışırlar. "Böyük Kürdistan” fikri ilə böyük bir oyun oynamağa cəhd edirlər”.