Türkiyədə həbs olunan amerikalı yevangelis pastor azadlığa buraxılıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, məhkəmə terrorçuluqda ittiham olunan Endrü Bransona 3 il və 1 ay yarımlıq həbs cəzası verib.
Lakin o, 2016-cı ilin oktaybr ayından bəri həbsdə olduğu üçün artıq azadlığa buraxılacağını bildirib və o məhkəmə zalından azadlığa buraxılıb .
Branson müdafiəsi zamanı “Günahsızam, Türkiyəni sevirəm, bəraət verilməsini istəyirəm” deyib.
O, azadlığa buraxılandan sonra , özəl təyyarı ilə Türkiyədən Almaniyaya gedib.
Qeyd edək ki, keşiş Endrü Branson Ankara ilə Vaşinqton arasında diplomatik ixtilafa səbəb olmuşdu. Bu qərar iki NATO müttəfiqi arasında münasibətlərin yaxşılaşdırılması yolunda atılan ilk addım kimi də yozulur.
Prezident seçkilərində xristian yevangelislərin dəstəyini qazanmış Respublikaçı prezident Donald Tramp xoş xəbəri amerikalılarla paylaşaraq keşiş Bransonun tezliklə vətəndə olacağını detib.