Rusiyanın “LUKoil” enerji şirkətinin rəhbəri Vahid Ələkbərov ABŞ sanksiyalarına görə, İrandan neft tədarükünü tam dayandırdıqlarını açıqlayıb. Baki-xeber.com xəbər verir ki, V.Ələkbərov bu barədə Rusiya mətbuatına açıqlamasında deyib.
"Hazırda İranda qanuni şəkildə işləyirik. Noyabr ayından sonra açıqlanacaq son qərarları gözləyirik. Bundan sonra bir sıra qərarlar verəcəyik. Beynəlxalqı şirkət olduğumuz üçün böyük risqlər mövcuddur və hər hansı bir məhdudiyyəti poza bilmərik” - "Lukoil" rəhbəri bildirib.
V.Ələkbərov may ayında İranın "El Teymur" layihəsində iştirak etmək məsələsini nəzərdən keçirdiyini bildirmişdi.
Qeyd edək ki, ABŞ-ın noyabrın 5-dən etibarən İranın neft ticarətini hədəf alan ikinci sanksiya paketini tətbiq edəcəyi gözlənilir.
Dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan “LUKoil” qlobal neft hasilatının təxminən 2 faizini həyata keçirir.