ABŞ-ın keçmiş müdafiə naziri Çak Hagel Donald Tramp administrasiyasının İranın Suriyada hərbi varlığına son qoymaqla bağlı çıxışlarını sərt tənqid edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, keçmiş müdafiə naziri “DefenseOne” qəzetinə açıqlamasında suriyalıları, rusları və ya iranlıları təhdid etməyin axmaqlıq olduğunu deyib.
ABŞ-ın Suriyanın yarısına belə nəzarət etmədiyini deyən Hagel, "Şimal-şərq bölgəsində 2 min əsgəriniz var. 2 min Amerika əsgəri ilə iranlıları Suriyadan çıxara bilməzsiniz. Suriyalıları, rusları və ya iranlıları hər hansı bir şeylə təhdid etmək axmaqlıqdır. Onların əlində bizdən daha çox kart var" - deyib.
Hagel, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun, İranın Suriyadakı hərbi varlığı davam etdiyi müddətcə ABŞ-ın bölgədən ayrılmayacağına dair açıqlamasını da tənqid edib: "İranlılar orada yaşayır. ABŞ Orta Şərqdə deyil. Geosiyasi həqiqəti yox edəcək bir şey edəcəksinizsə, bol şanslar hörmətli Bolton. Bunun başqa yolu yoxdur. Bu ölkələrin ortaq maraqlarına uyğun bir həll variantı tapmalısınız".
O, ABŞ-ın İran, Rusiya və bölgədəki digər güclü aktyorlar olmadan Suriyada sabitlik yarada bilməyəcəyini də deyib.