ABŞ Rusiyadan S-400 hava müdafiə sistemi satın almağı planlaşdıran Hindistan sanksiyalarla hədələyib. Baki-xeber Türkiyə mediasına istinadən xəbər verir ki bu barədə "The Hindu" xəbər sayt ABŞ Dövlət Departamendinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Hindistan Rusiyadan S-400 hava müdafiə sistemi satın alarsa, o da ABŞ-ın Düşmənlərlə Sanksiyalar Yoluyla Mübarizə Aparma Qanunu (CAATSA) çərçivəsində İran, Şimali Koreya və Rusiya ilə mühüm alış-veriş edən hər hansı ölkəyə tətbiq olunacaq sanksiyalara məruz qalacaq.
Bununla yanaşı, ABŞ bütün müttəfiqləri və tərəfdaşlarına Rusiya ilə CAATSA çərçivəsində sanksiyalara səbəb olacaq mübadilədən imtina etməyə çağırıb.
Hindistan isə Rusiya ilə müdafiə əməkdaşlığa davam edəcəyini və bu ölkədən S-400 barədə niyyətini açıq şəkildə bildirib.