Beynəlxalq Ədalət Məhkəməsi rəsmi Tehranın ABŞ-ın İrana qarşı sanksiyalarının təxirə salınmasına dair ilkin tələbini qəbul edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, qərarda bildirilir ki, ABŞ-ın sanksiya qərarı İranın mülki aviasiyasını təhlükə ilə qarşı-qarşıya qoymamalı və iki ölkə gərginliyi dərinləşdirməməlidir. Məhkəmə ABŞ sanksiyalarının İranın ərzaq, tibb və tibbi ləvazimata adi edilərək, iranlıların sağlamlığı və həyatlarına təsir göstərə biləcəyi haqda qərar verib. Məhkəmə həmcinin Birləşmiş Ştatlardan İrana qarşı tibb, ərzaq və təyyarə hissələrinin idxalının nəzərdə tutulduğu sanksiyaları aradan qaldırmasını tələb edib.
BMT məhkəməsinin Vaşinqtondan Tehrana qarşı humanitar məhsulların idxalının məhdudlaşdırıldığı sanksiyaları aradan qaldırması haqda tələbindən sonra isə ABŞ İranla 1955-ci il sazişinə son qoyub. ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ-ın iki ölkə arasında iqtisadi və konsul əlaqələrinin yaradılmasına dair 1955-i il sazişini dayandırdığını elan edib: “Bu qərar, açığı, 39 ildir gecikdirilir. İran Birləşmiş Ştatların ölkəmizin təlükəsizliyini müdafiə etmək üçün zəruri olan hüquqi hərəkətlər etmək kimi suveren hüquqlarına müdaxilə etməyə cəhd göstərir. İran Beynəlxalq Ədalət Məhkəməsindən siyasi və propaqanda məqsədləri üçün istifadə edir”.
Qeyd edək ki, İran Beynəlxalq Ədalət Məhkəməsinə Birləşmiş Ştatların 2015-ci ildə İran və dünyanın qüdrətli dövlətləri arasında imzalanmış razılaşma ilə aradan qaldırılmış sanksiyaların bərpa edilməsi haqda addımının 1955-ci il sazişinin pozulması olduğu ilə bağlı şikayət edib.
İranın Xarici İşlər Nazirliyi BMT məhkəməsinin qərarını alqışlayıb. Rəsmi Vaşinqton isə Beynəlxalq Ədalət Məhkəməsini tanımadığını bildirib.