Şarl Aznavur öldü...

Fransada yaşayan erməni əsilli şansonye Şarl Aznavur 94 yaşında vəfat edib.
Baki-xeber.com-un xəbərinə görə, bu münasibətlə bir sıra erməni saytları qara rəngdə çıxıb. Xəbərə görə, şansonye Fransanın cənubundakı evində dünyasını dəyişib.
Sənətçinin ölümü ilə bağlı İrəvanın Aznavur meydanında matəm yığıncağı təşkil olunub, meydana yüksək dövlət rəsmiləri çiçək dəstələri düzüb.
Baş nazir Nikol Paşinyan özünün facebook səhifəsində Aznavurun dəfn günündə ölkədə matəm elan olunacağını yazıb.