ABŞ dövlət katibi Mayk Pompeo İraqın Bəsrə şəhərində yerləşən ABŞ Konsulluğunun fəaliyyətini dayandırıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert açıqlama verib.
Pompeonun Bəsrə Konsulluğunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etdiyini bildirən Nauert: "ABŞ-ın Bağdad səfirliyi Bəsrə zonasında olanlara tam xidmət verməyə davam edəcək" ifadəsini işlədib.
Nauert açıqlamada ABŞ-ın İraqın cənub bölgəsindəki İraq xalqını dəstəkləməyə davam edəcəyini də qeyd etdi.
Pompeo da verdiyi yazılı açıqlamada ABŞ-ın İraqda fəaliyyət göstərən vətəndaşlarına yönəlmiş hər hansı bir hücuma görə İranı məsul tutacaqlarını bildirdi.