Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətlə bağlı ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.
Baki-xeber.com xarici mediaya xəbər verir ki, Serbiya prezidenti bu əmri Kosovo xüsusi təyinatlılarının addımlarına cavab olaraq verib
Əmr dərhal Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə göndərilib. Bundan başqa, Serbiyanın bütün polis xüsusi təyinatlı qüvvələri də tam döyüş hazırlığına gətirilib.
Qeyd edək ki, Kosovo DİN-in 60-a yaxın xüsusi təyinatlısı şimalda yerləşən "Qazivode" su elektrik stansiyasının akkumulyasiya gölü yaxınlığındakı mövqeləri tutub və bəndin yaxınlığındakı ekologiya və idman mərkəzinə daxil olublar. Bu ərazi Kosovo ərazisində yerləşsə də, eyni zamanda Serbiya enerji xidmətinə aiddir.
Kosovo 2008-ci ilin fervral ayında Serbiyadan müstəqilliyini elan etsə də, rəsmi Belqrad bunu qəbul etməkdən imtina edib. Tərəflər arasında danışıqlar 2017-ci ilin martında dayandırılıb.