Avropa İttifaqı “İranla ticarət üçün xüsusi mexanizm” hazırlayır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
“Üç günlük səfər boyu dünya ölkələri liderləri və beynəlxalq qurumların rəhbərlərilə səmərəli görüşlər keçirdik. Bu səfərdə bizim üçün ən önəmli məsələ İranın haqlı olduğunun başa düşülməsi idi.
Fransa, Almaniya, Rusiya və İngiltərə xarici işlər nazirləri, o cümlədən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin də iştirak etdiyi iclasda İranla, mavi qaz da daxil olmaqla, ümumi ticarəti asanlaşdırmaq üçün xüsusi ödəmə kanallarını əhatə edən yeni bir mexanizm yaradılması barədə razılıq əldə olundu. Bu, İran üçün çox əhəmiyyətli irəliləyişdir.
Sözügedən mexanizm İranla qanuni ticarət edən iqtisadi aktorlara təminat verəcək, tərəflərin bu çərçivədə regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirəcək. Bilirik ki, ABŞ bu inkişafdan çox narahatdır. Mogerini rəsmən bildirdi ki, bu mexanizm noyabr ayından əvvəl həyata keçəcək” – deyə İran prezidenti bildirib.
H.Ruhani ABŞ-da İrana aid 2500 illik tarixi bir əsərin də hüquqi mübarizələrdən sonra Tehrana gətirildiyini qeyd edib.