ABŞ-ın son aylarda Türkiyəyə qarşı başlatdığı iqtisadi hücumla bağlı Ağ Evdən ilk dəfə etiraf kimi açıqlama gəlib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ağ Ev-in adı açıqlanmayan yüksək səviyyəli rəsmisi “Euronews” açıqlamasında Türkiyə və Çinə tətbiq edilən sanksiyaların əsas səbəbinin Rusiyadan alınacaq olan S-400-lər və NATO üzvü olan Türkiyənin Rusiya və Çinə yaxınlaşması olduğunu deyib.
ABŞ rəsmisi əsl hədəflərinin Rusiya olduğunu, bunun üçün də Çin və Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etdiklərini etiraf edib.
Ağ Ev rəsmisi NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə müdafiə və kəşfiyyat sahəsində yaxınlaşmağa çalışan Türkiyəni dolayısı ilə təhdid edib: “Ümid edirik ki, Çinə qarşı atdığımız addım Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə yaxın olmağa çalışan digər ölkələrə də, bir daha düşünüb nə qədər ciddi bir siqnal verdiyimizi göstərir”.