çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İtaliya ilə Fransa arasında Liviyanı bölüşdürmək üstündə gərginlik açıq müstəviyə keçdi

Image


Fransa və İtaliya uzun zamandır Liviyada Qəddafidən sonrakı dövrdə hansı dəyişikliklərin baş verməli olduğuna dair fərqli fikirlərə sahib idi, lakin son aylarda onların bu fikir ayrılıqları ictimailəşdirilib. Bu isə öz növbəsində bəzi təhlilçilər arasında belə bir düşüncə yaradıb ki, iki tərəf arasında gərginlik diqqəti İŞİD-ə bağlı militantlara qarşı mübarizədən yayındıra bilər.

Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, yerli mətbuat ciddi dərəcədə zəifləyən və 2016-cı ildə ABŞ hava hücumları nəticəsində əsas istinadgahı Sirtedən məhrum olan İŞİD qrupunun ölkənin bəzi hissələrində yenidən güc əldə edə biləcəyini yazır.

“Fikrimcə, Fransa-İtaliya arasında mübahisə liviyalılar arasında fikir ayrılıqlarına səbəb ola bilər və bu fikir ayrılığı Daeş (İslam Dövləti), Əl-Qaidə, yerli qruplar və Liviyadakı digər radikalların güclənməsinə gətirib çıxaracaq”– deyə, tripolili təhlilçi Mustafa Feturi Amerikanın Səsinə bildirib.

İslam Dövləti qrupu bu ay Liviya paytaxtında Liviya Milli Neft Şirkətinin qərargahına edilən intiharçı bomba hücumunun məsuliyyətini üzərinə götürüb. Həmin hücum nəticəsində iki işçi ölüb, bir neçə digəri isə yaralanıb. Terror qrupu həmçinin may ayında Tripolidə azı 12 nəfərin ölümü, bir çoxlarının xəsarət alması ilə nəticələnən Liviya Seçki Komissiyasının qərargahına hücumun məsuliyyətini üzərinə alıb.

Vaşinqtonda fəaliyyət göstərən Demokratiyaların Müdafiəsi Fondunun baş elmi işçisi David Qartensteyn-Ross, İtaliya ilə Fransa arasında Liviya üzərində davam edən gərginliyin Avropanın Liviyadakı terror əleyhinə səylərinə xələl gətirə biləcəyini düşünür. “Mümkündür ki, bu ziddiyət Avropanın Liviyaya qarşı təzadlı anti-terror siyasəti yürütməsinə gətirib çıxaracaq", - Qatensteyn-Ross söyləyib.

“Əvvələr, Avropa Birliyi Liviyaya qarşı nisbətən vahid siyasət aparırdı”, o əlavə edib.

Atlantik Şuranın Rafik Hariri adına Yaxın Şərq Mərkəzinin baş elmi işçisi Kərim Mezran Fransa ilə İtaliya arasındakı fikir ayrılıqlarına NATO-nun Fransanın başçılığı ilə 2011-ci ildə Liviyaya müdaxiləsinin səbəb olduğunu düşünür. Bu hərbi müdaxilə Liviya üzərində uçuşa qadağa zonasının yaradılması və Qəddafinin hakimiyyətdən devrilməsi ilə nəticələndi.

“İtaliya isteblişmentində belə bir düşüncə var ki, Fransa Liviyanı İtaliyadan qaçırıb... Fransa Qəddafini bombalamağa çox tez qərar verdi”, Mezran deyib.

Hər iki ölkə son aylarda bu mübahisəni ictimailəşdirib. İtaliyanın müdafiə naziri Elizabetta Trenta Liviyadakı əməllərinə görə, Fransanı qınayıb: "İnkar olunamaz ki, Liviyanın bu vəziyyətdə olmasına 2011-ci ildə bir insanın öz maraqlarını Liviya xalqı və Avropanın maraqlarından üstün tutması səbəb olub".

Trentanın bu çıxışında digər NATO üzvlərini Liviyaya müdaxilə etməyə razı salan Fransanın sabiq prezidenti Nikolas Sarkoziyə istinad etdiyi güman edilir.

Fransa Trentanın sözlərinə rəsmi cavab verməyib, lakin ölkə İtaliyanın Liviya yanaşmasını qınayıb.

May ayında Fransa prezidenti Emmanuel Makron İtaliyaya məhəl qoymayaraq, Liviyalı fraksiyaları Parisə dəvət edib. Orada onlar Fransanın dekabr ayında seçki keçirmək təklifi üzərində razılıq əldə edib. İtaliyaya isə bunun əleyhinə çıxır, çünki hazırda Liviyada seçki keçirmək üçün doğru zamanın olmadığına inanır.

Fransa və İtaliya arasında Liviya üzərində fikir ayrılıqları uzun zamandır davam edir.

Makron 2017-ci ildə hakimiyyətə gələndən qısa müddət sonra, Fransanın yüksək səviyyəli rəsmisi “Reuters” xəbər agentliyinə verdiyi müsahibədə İtaliyanın Liviyada apardığı diplomatiya ilə bağlı məyusluğunu dilə gətirib, İtaliyanı Misratadakı yarı-hərbi dəstəni dəstəkləməklə yanlış addım atmaqda günahlandırmışdı.

Bəzi təhlilçilər düşünür ki, İtaliya ilə Fransa arasındakı bu gərginliyin səbəbi İtaliyanın geo-siyasi maraqlarıdır, çünki Liviya bir zamanlar İtaliyanın müstəmləkəsi olub və onlar regionun İtaliyanın nüfuz dairəsində olduğunu hesab edir.

"Məncə İtaliyanı ən çox narahat edən məqam Fransanın İtaliyanın təsdiqi olmadan Liviyaya təsir göstərməyə çalışmasıdır" - deyə, Texasda qərargahlanan “Stratfor” beyin mərkəzinin qlobal təhlilçisi Metyu Bey bildirib.

İki NATO müttəfiqi arasında mübahisəyə səbəb olan bir digər məsələ onların Liviyada seçkinin nə zaman keçirilməsi ilə bağlıdır. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Aqnes von der Muhll deyib ki, Fransa bu il seçki keçirmək səylərini dəstəkləyir. İtaliya isə Liviyada dekabrın 10-nadək seçkinin keçirilməsini rədd edir və ölkədə öz konfransını təşkil etməyi planlaşdırır. "Mən ABŞ prezidenti Donald Trampla olan razılığa əsasən, Liviyada konfrans təşkil edəcəm", İtaliya baş naziri Cuzeppe Konte iyul ayında ABŞ lideri ilə görüşəndən sonra Ağ Evdə müxbirlərə bildirib. Konte ABŞ-ın bu addımı dəstəklədiyi göstərməyə çalışsa da, ABŞ məsələ ilə bağlı rəsmi açıqlama verməyib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ