Terror tәşkilatı İŞİD-in “lideri” Әbubәkir Bağdadinin Әfqanıstana getdiyi iddia edilir.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barәdә Sәudiyyә Әrәbistanının “Şarkul Avsat” qәzeti Pakistan tәhlükәsizlik mәnbәlәri vә digәr radikal tәşkilatlarına istinadәn xәbәr yayıb.
Mәlumata görә, Bağdadi İrandan Әfqanıstana keçib. İddialara әsasәn, Bağdadi ölkәnin Nanqarhar bölgәsindәdir.