İranın cənubundakı Əhvaz şəhərinə İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə keçirilən hərbi parad zamanı terror aktı baş verib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani də paradda iştirak edirmiş. Hücum zamanı prezident H.Ruhani dərhal ərazıdın çıxarılıb.
Dövlət televiziyasının verdiyi məlumata əsasən, hücumçular İran rəsmilərinin 1980-1988-ci illərdə İran-İraq müharibəsini qeyd etmək məqsədilə hər il keçirilən paradı izləmək üçün toplaşdığı yeri hədəf alıb. Ölkə boyu bir neçə yerdə bənzər paradlar keçirilib.
İran rəsmilərinin açıqlamalarına görə, terror hücumu zamanı ən azı 24 nəfər ölüb, 53 nəfər isə yaralanıb. Ölənlərin əksəriyyətinin İranın elit İnqilab Keçikçiləri Ordusunun üzvləri olduğu bildirilir. Bəzi məlumatlara görə, ölənlər arasında bir jurnalist də var.
Terrorçularla atışma 10 dəqiqə davam edib və sonda hücumu gercəkləşdirən 4 terrorçu öldürülüb.
Əhvaz şəhərində hərbi parada qanlı hücuma görə, məsuliyyəti İranın terror təşkilatı kimi tanıdığı "Əl-Əhvaziyə" separatçı qruplaşması öz üzərinə götürüb. Ancaq İŞİD terror qruplaşması da insidentə görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.
Hadisədən dərhal sonra İran İraqla sərhəddəki iki gömrük keçid məntəqəsini başlayıb. Rəsmilər ola biləcək başqa hücumlara qarşı sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini artırıb.