Çinlə ABŞ arasında ticarət savaşı ilə yanaşı başqa bir sahədə də gərginlik yaşanır. Belə ki, ABŞ Rusiyadan S-400 havadan müdafiə sistemləri alan Çinə sanksiyalar tətbiq edib.
Baki-xeber.com xarici mediya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi isə ABŞ-ın qərarına sərt reaksiya verərək Vaşinqtonu sanksiyaları geri götürməyə çağırıb. “Sanksiyaları ya ləğv edin, ya da bunun nəticələrinə qatlaşacaqsınız” – deyə Çin XİN ABŞ-ı hədəfəyib.
Çin xarici işlər nazirinin sözçüsü Geng Şuang da Pekinin ABŞ-a rəsmi etiraz etdiyini bildirib. Geng bildirib ki, ABŞ sanksiyaları beynəlxalq əlaqələrin prinsiplərini kəskin pozub və iki ölkə və hərbçiləri arasında olan əlaqələrə ciddi zərər vurub.
Kremlin mətbuat katibi Dimitri Peskov da ABŞ-ın S-400 raket sisteminə görə Çinə sanksiya tətbiq etməsinə münasibət bildirib. ABŞ-ın sanksiya qərarı ilə ikitərəfli əlaqələri pozduğunu ifadə edən, Peskov belə addımların ikitərəfli əlaqələrə ciddi zərər verəcəyini deyib.
ABŞ-ı sanksiya qərarları ilə ədalətsiz rəqabət yaramaqda günahlandıran Peskov bildirib ki, ABŞ əsas rəqibini silah ixracatı bazarından çıxarmaq üçün beynəlxalq ticarət prinsiplərinə zidd üsullardan istifadə etməyə çalışır.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ribakov isə ABŞ-ın odla oynadığını bildirib. Ribakov deyib ki, biz rəsmi Vaşinqtonun sanksiyalar maşınını idarə edənlərə məsləhət görərdik ki, bizim tariximizlə azacıq da olsa tanış olsunlar və yerlərində dövrə vurmağı dayandırsınlar.
ABŞ Çin hərbi qüvvələrinın Rusiyaya mövcud sanksiyaların olduğu müddətdə Rusiya silahını aldıqları üçün onlara qarşı sanksiyalar qoyub. Dövlət Departamentinin verdiyi məlumata görə, Çin Suxoy Su-25 və S-400 yer-hava qırıcılarını alıb.