Amerika Birləşmiş Ştatlarının İran üzrə xüsusui nümayəndəsi Brian Hook İranla həm nüvə, həm də ballistik raket proqramını əhatə edəcək bir müqavilə imzalamaq istədiklərini bildirib.
"İranla imzalamağa ümid etdiyimiz yeni müqavilə iki ölkə arasındakı şəxsi razılaşma xarakteri daşımayacaq, biz müqavilə istəyirik. Bu, çox əhəmiyyətlidir. Nüvə razılaşması müqavilə deyildi. Bununla bağlı ABŞ Senatında səsvermə keçirilmədi, yalnız BMT Təhlükəsizlik Şurasında səsvermə oldu. Daha uzun müddətli və sağlam bir şey istəyirsinizsə, bu kifayət deyil. Ona görə də, nüvə razılaşması müqavilə şəklini almalıdır" deyə Hook qeyd edib.
Hook ABŞ-ın bu mövzuda Rusiya və Çinlə danışıqları davam etdiyini deyib: "Yeni müqavilə həm nüvə, həm də ballistik proqramı əhatə etməlidir".