Birləşmiş Ştatların əks-terror orqanlarının rəsmiləri bildirir ki, İslam Dövləti və Əl-Qaidə təşkilatı kimi terror qruplarına qarşı mübarizədə naliyyətlərə baxmayaraq, beynəlxalq terrorizmlə bağlı vəziyyət daha da mürəkkəb bir şəkil alıb.
Baki-xeber.com “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin açıqladığı dünya qlobal terrorizmə dair illik hesabatında bildirilir.
“İŞİD, Əl-Qaidə və onlarla əlaqədə olan başqa qruplar güclü, qətiyyətli olduqlarını və uyğunlaşa bildiklərini göstərib. Onlar İraq, Suriya, Somali və başqa yerlərdə gücləndirilmiş əks-terror əməliyyatları kimi təzyiqlərə tez bir zamanda uyğunlaşa bilib”-deyə, ABŞ Dövlət Departamentinin Əks-Terror üzrə koordinatoru Natan Seyls hesabatı təqdim edərkən bildirib.
Birləşmiş Ştatların əks-terror orqanlarının rəsmiləri bildirir ki, ABŞ-ın başçılığı ilə koalisiyanın İraq və Suriyada İslam Dövləti qrupunun nəzarəti altında olan demək olar bütün əraziləri azad edib, Əl-Qaidə terror təşkilatına təzyiqləri artırıb.
Natan Seyls İranı terroru dünyada dəstəkləyən aparıcı ölkə olduğunu qeyd edib.
“İran dünyada dövlət səviyyəsində terroru dəstəkləyən aparıcı ölkə olaraq qalır və Livanın Hizbullah qrupu kimi müttəfiqləri və İslam İnqilabı Qvardiyasından istifadə etməklə bir çox münaqişələrin qızışdırılması və ABŞ-ın Suriya, Yəmən, İraq, Bəhreyn, Əfqanıstan və Livanda maraqlarına ziyan vurulmasına görə məsuliyyət daşıyır” - deyə, o bildirib.