Liberiyanın xaricdə basaraq ölkəyə gətirdiyi təxminən 9,6 milyard Liberiya dolları Mərkəzi Banka aparılarkən yoxa çıxıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Liberiyanın İnformasiya naziri Evqen Naqbe də təsdiqləyib.
Yerli media yazır ki, hökumət 2017 noyabr - 2018 avqust tarixlərində xaricdə basılaraq ölkəyə gətirilən, amma Mərkəz Banka aparılarkən itən 9,6 milyard Liberiya dolları ilə bağlı istintaq başlanıb.
Liberiyanın İnformasiya naziri Evqen Naqbe radioya verdiyi açıqlamada vəziyyətin çox narahatedici olduğunu söylərək deyib: “Xaricdə basılaraq paytaxt Monroviya şəhəri limanına bu ilin mart ayında gətirilən pullar Mərkəz Banka aparılarkən yoxa çıxıb. Pullar təcili tapılmalıdır… Təəssüf ki, bu vaxta qədər ölkə prezidenti Corc Veh vəziyyət haqqında məlumatlandırılmayıb… Ədliyyə Nazirliyi məsələ ilə bağlı istintaq aparır. Xalqı təmkinli olmağa çağırırıq”.