Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ-ın dünyadakı nüfuzunun azalmağa başladığını deyib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, A.Quterreş bu barədə "The Atlantik" jurnalına müsahibəsində bildirib.
ABŞ prezidenti Donald Trampın Çinlə başladığı "ticarət müharibəsinə" toxunan Quterres daha sonra bildirib: “ABŞ bu gün ticarət və bir sıra başqa məsələlərlə məşğul olur. Daha əvvəl beynəlxalq münasibətlərdə təsirli rolu olan Amerika cəmiyyətinin bu gün təsiri daha azdır.
Dünya parçalanmış bir vəziyyətdədir və Soyuq müharibənin bitməsindən bu yana Amerika rəhbərliyindəki dünya nizamı hələ adı qoyulmamış çox sayda gücün təsirli olduğu bir sistemə doğru gedir. ABŞ-ın və dünyanın bu yeni vəziyyətə uyğunlaşması lazımdır".