Qətər Şeyx Təmim bin Həmid Əl Sani Qətər Əmirliyinə məxsus özəl "Boeing 747-8" tipli xüsusi təyyarəni Türkiyəyə hədiyyə edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, artıq təyyarə Prezident təyyarələri donanmasına daxil edilib.
Əmirliyin hədiyyəsi olan VİP təyyarə sentyabrın 12-də İstanbul Sabiha Gökçen Hava limanına eniş edib. Qatar şeyxi T Əl Sani bunu Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana olan sevgisi ilə izah edib.
Məlumata görə, xüsusi standartlarla istehsal edilən “Boeing 747-8” hələ 2012-ci ildə ilk dəfə fabrikin önündə nümayiş olunub. Həmin vaxt "Bu təyyarə kimdir" sualları baş qaldırıb. Daha sonra təyyarə Seattle yaxınlığındakı Everett zavodundan San Antonioya aparılıb. Burada təyyarənin içərisi "Very VIP" adlandırılan standartlarda xüsusilə şəkildə yığılıb. Təyyarə 2015-ci ildə Qətər Əmirinə təslim edilib.
Normalda, üç kateqoriyalı 400 sərnişin üçün nəzərdə tutulan təyyarə 76 sərnişini daşıyır. Əlavə olaraq, bu təyyarədə 18 nəfərlik uçuş heyəti də çalışır. Təyyarədə toplantı salonları, yataq və istirahət otaqları qurulub. Təyyarənin qiyməti 400 milyon dollardır.
Bir çox ölkələrin də maraqlandığı 400 milyon dollara bazara çıxarılan təyyarə Ərdoğanında diqqətini çəkib. Məhz bundan sonra Qətər əmiri təyyarəni Ərdoğana hədiyyə edib.