1996-cı ildə Səudiyyə Ərəbistanında amerikalı əsgərlərin ölümü ilə nəticələnən Hobar Towersə hücumla əlaqəli ittiham edilən İran 104 milyon dollar cərəmə ödəyəcək.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar qərarı ABŞ federal məhkəməsi qəbul edilib.
Vaşinqtondakı bir federal məhkəmənin rəhbəri Beril Houll, 1996-cı ildə 19 amerikalı əsgərin öldüyü Hobar qullələri hücumunun İran rəsmilərinin dəstəyi və əmrilə həyata keçirildiyini bildirib və bu səbəbdən məhkəmə İranın hücum qurbanlarının ailələrinə 104 milyon dollar ödəməsi qərarına gəlib.