Suriya münaqişəsinin nizamlanması məsələsində ABŞ-dan hər hansı bir müsbət rol gözlənilmir. Trend-in məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
İran dövlət başçısı bildirib ki, ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir: “ABŞ Suriyada yalnız aqressiya və ekstremizmi dəstəkləməklə məşğuldur”.
H.Ruhani bildirib ki, ABŞ-ın Suriyanın işlərinə qanunsuz müdaxiləsi heç bir beynəlxalq qaydalara sığmır və Suriyada dayanıqlı sülhün bərqərar olunmasını çətinləşdirir.