Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fransua Lekontre Suriya rejiminin İdlibə qarşı mümkün əməliyyatı ilə bağlı açıqlama verib.
Baki-xeber.com xəbər verir ki, Lekontre Suriyaya hücum etməyə hazır olduqlarını deyib:"İdlib əməliyyatı zamanı kimyəvi silahlardan istifadə ediləcəyi halda hərbi qüvvələrimiz Suriyaya hücum etməyə hazırdır".
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Suriyada terror təşkilatı İŞİD-in əlində qalan son bölgələrin də noyabradək terrorçulardan təmizlənəcəyinə ümid etdiyini deyib.