Rəcəb Tayyib Ərdoğan Türkiyədə Rusiya hərbi bazasının qurulmasına razıdır. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski çıxış edib.
RIA Novosti “Rossiya 24” telekanalına istinadən bildirir ki, Jirinovski Ərdoğanın Türkiyə torpaqlarında Rusiya hərbi bazasının qurulmasına hazır olduğunu deyib.
“Türkiyə və İrandan hərbi hava və dəniz bazalarının qurulmasını tələb etməliyik. Türkiyə hazırdır. Sizinlə danışdığımız kimi, Ərdoğanla da danışdım. O, Rusiya ilə birlikdə olmaq istəyir. Sıranı gözləyib, son vaqonda Avropa Birliyinə (AB) getmək istəmir”.
"O, bizimlə olmağı istəyir, bizimlə birlikdə Ərdoğanın kim olduğunu bütün dünya biləcək" – deyə o bildirib.
Qeyd edək ki, Jirinovski, Ərdoğanın şəxsi dəvəti ilə onun andçimə mərasimdə iştirak etmək üçün iyul ayında Ankarada olub.
Rusiya Liberal Demokrat Partiyası lideri, Türkiyənin cənubunda yerləşən İncirlik hərbi hava bazasının da NATO-dan alınıb, Rusiyaya verilə biləcəyini düşündüyünü deyib.