Tramp administrasiyası BMT-nin fələstinli qaçqınlara kömək edən idarənin maliyyələşdirilməsini dayandırıb. Baki-xeber.com xəbər verir ki, ABŞ Dövlət Departament Birləşmiş Millətlər Yardım və İş Agentliyinin (UNRWA) işini "düzəlməyən qüsurlu" adlandırıb.
Departament sözçü Heather Nauert bildirib ki, ABŞ administrasiyası məsələni diqqətdən keçirib və UNRWA-ya əlavə vəsait ödəməyəcək. Sözçü bildirib ki, Fələstinlilərə Yardım İdarəsinin davamlı olaraq faydalananlar icmasının genişləndirməsi dayanıqlı ola bilməz və bu səbəbdən idarə uzun illər ərzində böhran vəziyyətindədir.
BMT-nin Fələstinlilərə Yardım İdarəsinin sözçüsü Kris Qunnes isə bildirib ki, təşkilatın məktəblərində, tibb mərkəzlərində və təcili dəstək proqramlarında düzəldilməsi mümkün olmayan qüsurların mövcud olması ilə bağlı Tramp administrasiyasının fikrini rədd edir. O, əlavə edib ki, Dünya Bankı BMT-nin Fələstinlilərə Yardım İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib və idarənin regiondakı ən effektiv məktəb sisteminin yaratdığını qeyd edib.
Fələstin prezidenti Mahmud Abbasın sözçüsü Nabil Abu Rudeina isə, bunun onun xalqına qarşı təhqir olduğunu deyib. O, ABŞ-ın artıq regionda heç bir rol oynamadığını deyib və əlavə edib ki, bu qərar BMT qətnaməsinə ziddir.
UNRWA 1948-ci ildən başlayan Ərəb-İsrail müharibəsi nəticəsində didərgin düşmüş yüz minlərlə fələstinli qaçqına yardım məqsədilə yaradılıb.
BMT-nin Fələstinlilərə Yardım İdarəsinin büdcəsinin təxminən 30 faizini təmin edən Birləşmiş Ştatlar 2016-cı ildə idarəyə 355 milyon dollar ayırıb. Lakin yanvar ayında Tramp administrasiyası ödəməli olduğu ümumi məbləğdən 65 milyon dolları kəsib, növbəti il üçünsə yalnız 60 milyon dollar ayırıb.
ABŞ rəsmilərin dediyinə görə, bu qərar zamanı “Hamas”ın əraziyə humanitar yardım səylərinə yaratdığı maneələr də nəzərə alınıb.