ABŞ-ın Suriyanın İdlib şəhərinə hücum etməsi ehtimalı gündəmə gəldiyi bir vaxtda vaxt Kiprin yunan hissəsindəki Britaniyaya məxsus hərbi bazalarda da hərbi hərəkətlilik müşahidə edilir.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bundan əvvəl Suriyada həyata keçirilən hava əməliyyatları zamanı istifadə edilən “Ağrotur” bazasından qalxan döyüş təyyarələri Yaxın Şərqə istiqamətində uçuşlara başlayıb.
14 qırıcı təyyarə gün ərzində Suriyanın, İdlibin də daxil olduğu bölgələrində uçuşlar keçirir. Bir tanker təyyarəsinin də qatıldığı “Tornado” və “Eurofighter Typhoon” qırıcı təyyarələri bölgədə 4-5 saat uçandan sonra yenidən “Ağrotur” bazasına qayıdırlar.
Qeyd edək ki, bundan əvvəl ABŞ İngiltərə və Fransa İdlib şəhərinə hücuma hazırlaşan Əsəd rejiminin kimyəvi silah istifadə edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Onlar bu vəziyyətdə rejimə qarşı hava əməliyyatlarına başlaya biləcəklərini bildiriblər.