Rusiya Prezidenti Vladimir Putinin pensiya dəyişiklikləri ilə bağlı çıxışı zamanı rublun dollar və avroya nisbətdə məzənnəsi müvafiq olaraq 20 və 40 qəpik artıb. Bu barədə Trend Moskva birjasının ticarət məlumatlarına istinadən xəbər verir.
Dövlət başçısının çıxışının əvvəlində dollar rubla qarşı 24, avro isə 13 qəpik bahalaşmışdı.
Qeyd edək ki, 1 ABŞ dolları 67,93 rubla bərabərdir.
“Rusiyada qadınlar 63 deyil, 60 yaşında, kişilər isə 65 yaşında pensiyaya çıxmalıdırlar”. Bunu da Putin vətəndaşlara telemüraciətində deyib. O qeyd edib ki, qanun layihəsində qadınların pensiya yaşını 8 il, yəni 63 yaşadək artırmaq təklif olunur, kişilər üçün bu hədd 5 il çoxalır: "Belə olmaz, bu, düzgün deyil. Bizim ölkəmizdə qadına xüsusi münasibət var. Biz başa düşürük ki, onlar yalnız əsas iş yerində çalışmır, həm də bütün ev, ailənin qayğısı, uşaqların tərbiyəsi, nəvələrlə məşğul olmaq da onların üzərinə düşür. Qadınlar üçün pensiya yaşı kişilərdən çox artırılmamalıdır".
Buna görə də V.Putin hesab edir ki, qadınların pensiya yaşını 8 il deyil, 5 il artırmaq olar.