Rusiya XİN rəhbəri Sergey Lavrov ölkəsinin Vaşinqtonun “Skripal işi” ilə bağlı sanksiyalarına “qaşılıqlılıq prinsipilə” cavab verəcəyini deyib.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, Moskva sakit və praqmatik mövqe tutaraq, bütün hücumlara qarşılıqlılıq əsasında cavab verəcək. Lavrov onu da deyib ki, Rusiya ilə ultimatum dilində danışmağın perspektivi yoxdur.
Xatırladaq ki, avqustun 27-si saat 7.00-dan etibarən ABŞ Rusiyaya qarşı yeni sanksiyalara start verib. Səbəbsə Vaşinqtonun Moskvanı Rusiya xüsusi xidmətinin eks-polkovniki və qızının Britaniyanın Solsberi şəhərində zəhərlənməsində ittiham etməsidir. Lakin Moskva bu ittihamları rədd edir.