İngiltərə “British Airways” və Fransanın “Air France” hava uçuşu şirkətləri İrana uçuşlarını dayandırmaq qərarı verib.
“British Airways” İngiltərənin paytaxtı Londondan İranın paytaxtı Tehrana uçuşları sentyabrdan dayandıracağını bildirib. Şirkət bunu marşrutun "kommersiya xidmətlərinə uyğun olmaması" ilə izah edib.
Fransanın hava yolu şirkəti “Air France” da İrana uçuşları sentyabrdan təxirə salacağını bildirib.
Qeyd edək ki, İrana uçuşlar Amerika Birləşmiş Ştatlarının bu ölkəyə sanksiyalarından sonra təxirə salınmağa başlayıb.