ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudi Giuliani Tramp vəzifədən uzaqlaşdırılacağı halda ölkədə qiyam çıxacağı barədə xəbərdarlıq edib.
Bakki-xeber.com xəbər verir ki, “Sky News”a açıqlama verən Giuliani Tramp vəzifədən uzaqlaşdırılacağa halda baş verə biləcək hadisələri dəyərləndirib.
Trampın postundan uzaqlaşdırılmasının yalnız siyasi motivlərlə baş verə biləcəyini deyən Giuliani bu vəziyyətdə Amerika xalqının ayağa qalxacağını iddia edib.
Bundan əvvəl isə prezident Tramp vəzifədən uzaqlaşdırılma və və ya istintaqa cəlb ediləcəyi halda ABŞ iqtisadiyyatının çökəcəyini deyib. Fox News-a açıqlamasında ABŞ prezidentinə impiçment elan olunmasının ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracağını deyən Tramp, vəzifədən kənarlaşdırılacağı halda, birjaların da çökəcəyini deyib: “İ istintaqa cəlb olunaramsa bazarlar çökəcək, məncə bu hamı üçün çox pis olar".
Qeyd edək ki, Trampın iki yaxın müttəfiqindən biri - keçmiş kampaniya meneceri Pol Manafort məhkum olunub, digəri - onun keçmiş vəkili Maykl Kohen isə günahını etiraf edib. Virciniya ştatında keçirilən məhkəmədə bank və vergi saxtakarlıqlarında günahkar bilinən Manaforta on illərlə həbs cəzası verilə bilər.
Kohen Nyu-Yorkda keçirilən məhkəmədə günahkar bilinib və 2016-cı il prezident seçkisində namizədin göstərişi ilə iki qadına “susmaları üçün pul ödədiyini” boynuna alıb. Maykl Kohen Nyu-Yorkda federal münsiflər məhkəməsinə bildirib ki, seçki kampaniyasının maliyyə qanunlarını pozmaq qərarını təkbaşına deyil, o zaman prezidentliyə namizəd olan Trampın göstərişilə verib.
Trampın vəkillərindən biri, Nyu-York şəhərinin keçmiş meri Rudi Culiani Kohenin günahını etiraf etməsi ilə bağlı bəyanatla çıxış edib. “Hökumətin cənab Kohenə qarşı ittihamları ilə əlaqədar prezidentə münasibətdə hər hansı qanun pozuntusuna dair heç bir iddia yoxdur”, bəyanatda deyilir.
Bütün bunlardan sonra Trampa qarşı impicment məsələsi gündəmə gəlib.
Noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Demokratlar Partiyası bu seçkilərdə çoxluq qazana və Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçment elan edilməsi prosesinə başlaya bilər.