Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib ki, ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum açıq-aydın xaos yaratmaq cəhdidir. İ.Kalın səfirliyə edilən hücumu pisləyib: "Türkiyə təhlükəsiz ölkədir və bütün xarici diplomatik missiyalar təhlükəsizlikdədir. Hadisə araşdırılır və ən qısa müddətdə nəticəsi barədə məlumat veriləcək".
ABŞ səfirliyindən isə operativ rekasiya göstərdiyinə görə Türkiyə polisinə minnətdarlıqlarını bildiriblər.