Türkiyə Bosfor boğazına alternativ “İstanbul” kanalının tikintisini planlaşdırır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Xəbərə görə, Qara dənizlə Mərmərə dənizini birləşdirəcək kanalın uğunluğu 43 kilometr olacaq. AKP-nin qurultayında çıxışında həmin mövzuya toxunan Ərdoğan deyib ki, bu kanal tikilib istifadəyə verildikdən sonra Bosfor boğazının yüklənməsi əhəmiyyətli dərəcədə azalacaq. Kanalın sahillərində iki yeni şəhərin salınacağını deyən ölkə başçısı sözügedən layihəni Türkiyə tarixində strateji önəm daşıyan ən böyük layihə adlandırıb. “Biz bu layihənin reallaşdırılmasına hazırıq” o deyib.
Anadolu agentliyi xatırladır ki, “İstanbul” kanalının inşası ideyası 2011-ci ildə gündəmə gəlib. Onun tikintisinin tamamlanması isə 2023-cü ilə - Türkiyə Cumhuriyyətinin yaranmasının 100 illiyinə nəzərdə tutulub. Kanalın buraxılış imkanlarının sutkada 150-160 gəmi təşkil edəcəyi proqnozlaşdırılır.