ABŞ-ın Takervill şəhərində (Oklahoma ştatı) "Backstreet Boys" qrupunun konsertində giriş tağı insanların üzərinə aşıb.
“Trend”-in məlumatına görə, bu barədə konsertin keçməli olduğu "WinStar World Casino and Resort" kazinosunun press-relizində bildirilir. Məlumata əsasən, tağın insanların üzərinə aşması nəticəsində azı 14 nəfər xəsarət alıb. Yaralılara əvvəlcə hadisə yerində yardım göstərilib, daha sonra isə onlar xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, insidentdən sonra qrupun konserti təxirə salınıb.