Türkiyənin ticarət naziri Ruhsar Pekcan Türkiyə ilə ABŞ arasında sanksiyalara qədər uzanan böhranla bağlı açıqlamalar verib.
Baki-xeber.com xəbər verir ki, nazir Türkiyənin ABŞ-ın sanksiyalarına bundan sonra da cavab verəcəyini deyib.
Nazir valyuta məzənnəsindəki hərəkətliliyi qiymətləndirərək deyib ki, əlavə tədbirlərlə maliyyə bazarlarına istiqamətli həmlə aradan qaldırıldı. “Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun olaraq ABŞ-ın sanksiyalarına cavab verdik, verməkdə də davam edəcəyik” - Ticarət naziri bildirib.
Türkiyənin istehsalında ixrac həcminə dair inkişaf gücünün eynilə davam etdiyini bildirən Pekcan müvəqqəti dalğalanmaların, spekulyativ hərəkətlərin Türkiyə iqtisadiyyatının həqiqətlərilə üst-üstə düşmədiyini vurğulayıb.